XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Sabah”ın matçına gedənlərin nəzərinə
İdman21:09 24.09.2026

“Sabah”ın matçına gedənlərin nəzərinə

"Sabah" futbol klubu ÇL-in Liqa mərhələsi çəriçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək oyun öncəsi azarkeşlərin arena ərazisinə rahat və maneəsiz gəliş-gedişini təmin etmək məqsədilə nəqliyyat planını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Masazır təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb.

Klubun yaydığı məlumata görə, oyun günü Bakı Olimpiya Stadionuna hərəkət edəcək azarkeşlər üçün xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Oyundan əvvəl xüsusi avtobuslar aşağıdakı istiqamətlərdə hərəkət edəcək:

"Qara Qarayev" metrostansiyası → Bakı Olimpiya Stadionu;

"Gənclik" metrostansiyası → Bakı Olimpiya Stadionu.

Bununla yanaşı, oyun günü Bakı Metropoliteni də azarkeş sıxlığını nəzərə alaraq xüsusi iş rejimində fəaliyyət göstərəcək.

Klub rəhbərliyi və təşkilatçılar azarkeşlərə stadiona oyunun başlamasına 3 saat qalmış gəlməyi tövsiyə edir. Erkən gələn azarkeşlər arena ərazisində təşkil olunacaq Fan Zonaya qoşularaq matçöncəsi musiqili və əyləncəli atmosferi bərabər yaşaya biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə azarkeşlərin daşınması üçün xüsusi avtobuslar bu istiqamətlərə xidmət göstərəcək:

"Qara Qarayev" metrostansiyası;

"Gənclik" metrostansiyası;

Binə qəsəbəsi.

Klub azarkeşləri məlumatları yadda saxlamağa və oyun gününə vaxtında hazır olmağa çağırıb.