XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə 5,4 maqnitudalı zəlzələ: Yollarda çatlar yarandı
Dünya12:42 24.09.2026

Türkiyədə 5,4 maqnitudalı zəlzələ: Yollarda çatlar yarandı

Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial media hesabında məlumat yayıb.

Məlumata görə, zəlzələ Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib. Zəlzələ ocağı 7,39 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbakırda bəzi yollarda çatlar əmələ gəlib. Bildirilib ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Yeraltı təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.

Şanlıurfa valisi Hasan Şıldak insan təlafatının olmadığını açıqlayıb.