Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cumhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Qaynarifno xəbər verir ki, Yavaş siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində isə qalacağını bildirib.
Yavaş qərarını açıqladığı mesajında martın 19-da başlayan və “mütləq bultan” müzakirələri ilə davam edən proseslə bağlı fikirlərini bölüşüb.
CHP daxilində yaşanan mübahisələrin partiyaya və Türkiyədə demokratik siyasətə olan ümidə zərər verə biləcəyini daha əvvəl də ifadə etdiyini bildirən Yavaş deyib:
“Bu gün verilən bəzi açıqlamalara görə Cumhuriyyət Xalq Partiyasına üzvlüyümdən ayrılır, siyasi yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə çatdırıram.”
Seçicilərin iradəsinə diqqət çəkən Yavaş “Seçicinin iradəsinə sədaqət siyasətin namusudur” ifadəsini işlədib.
Yavaş Ankara Böyükşəhər Bələdiyyəsinin sədri kimi fəaliyyətini davam etdirəcəyini bildirərək deyib:
“Bundan sonra da Ankara Böyükşəhər Bələdiyyəsinin sədri kimi mənə səs verən və ya verməyən, siyasi baxışından asılı olmayaraq bütün Ankaralılara eyni anlayışla xidmət etməyə davam edəcəyəm".
Aydın
Şərhlər