XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Pakistan Əfqanıstana hava zərbələri endirdi
Dünya11:14 24.09.2026

Pakistan Əfqanıstana hava zərbələri endirdi

Pakistan Əfqanıstan ərazisindən ölkəyə daxil olmağa cəhd edən pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanmasından sonra Əfqanıstanda 10 hədəfə hava zərbələri endirib.

Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, bunu Pakistanın İnformasiya naziri Attaullah Tarar açıqlayıb.

Nazir bildirib ki, sentyabrın 23-də Əfqanıstan ərazisindən havaya qalxan bir neçə PUA-nın Pakistan ərazisinə daxil olmağa cəhdinin qarşısı alınıb.

Onun sözlərinə görə, Pakistan özünümüdafiə hüququndan istifadə edərək PUA-ların havaya qaldırılması və saxlanılması üçün istifadə edilən Əfqanıstandakı 10 hədəfə dəqiq hava və PUA zərbələri endirib.

“Əfqanıstandan Pakistan ərazisinə yönələn heç bir hücuma dözməyəcəyik. Pakistanın suverenliyinin hər hansı şəkildə pozulmasına dərhal və qətiyyətli cavab veriləcək”, - deyə Tarar bildirib.

Nazir Pakistanın gərginliyi artırmaq niyyətində olmadığını vurğulayıb və Əfqanıstan hakimiyyətini hücumları dərhal dayandırmağa çağırıb.

“Pakistan regional sülhə, dialoqa və konstruktiv əməkdaşlığa sadiqliyini davam etdirir. Bu öhdəlik zəiflik və ya düşmənçilik hərəkətlərinə qarşı sonsuz dözümlülük kimi başa düşülməməlidir”, - Tarar qeyd edib.

Günay