XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hasil Abbasovdan iki təyinat
Ekonomiks11:01 24.09.2026

Hasil Abbasovdan iki təyinat

Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub.

Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsində müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib.