XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
Ölkə19:10 24.09.2026

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından fakt təsdiqlənib.

Bildirilib ki, Qəzənfər Abdullayev səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Qəzənfər Abdullayev 28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilib. Onun AHİK-in rəsmi veb saytında adı rəhbərlik bölməsində qalsa da, artıq vətəndaş qəbulu siyahısından çıxarılıb.

Qeyd edək ki, Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 18 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri vəzifəsinə seçilib.

31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri olub. 28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib. Ailəlidir, iki övladı var.

Onu da qeyd edək ki, son günlər mətbuatda Qəzənfər Abdullayevin fəaliyyəti və milyonlarla manat dəyərində mülkləri ilə bağlı yazılar dərc olunub.

Aydın