Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Jiquli" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Ölən şəxs Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü İbrahimov Rahim Məzahir oğludur.
Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirlir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər