Ukrayna Prezidenti Volodimir Zelenski tammiqyaslı müharibə illərində çoxsaylı səhvlərə yol verdiyini etiraf edib. Onun sözlərinə görə, bu, hər gün qəbul etməli olduğu çoxsaylı mürəkkəb qərarlar və bağlanan razılaşmalarla bağlıdır.
Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə “The Wall Street Journal”a müsahibəsində danışıb.
Söhbətin sonunda “The Wall Street Journal”ın baş redaktoru Emma Taker prezidentdən illərdir davam edən müharibədən sonra yaranan stressin öhdəsindən necə gəldiyini soruşub.
“Bilmirəm. Bunun öhdəsindən həqiqətən gəldiyimə əmin deyiləm”, deyə Zelenski cavab verib.
O, həmçinin qeyd edib ki, müharibə və prezidentlik başa çatdıqdan sonra Ukraynada yaşamağa davam etmək və ölkəsinin küçələrində rahat şəkildə gəzmək imkanına sahib olmaq üçün işini elə yerinə yetirməyə çalışır.
Zelenski tammiqyaslı müharibə dövründə səhv qərarlar qəbul etdiyini açıq şəkildə etiraf edib. Bununla belə, konkret nümunələr göstərməyib.
“Əlbəttə, mən səhvlər edirəm. Müharibə zamanı çoxlu səhvlərə yol verirsən. Niyə? Çünki sən... Prezident Tramp necə deyir? ‘Make a deal’ (razılaşma əldə et)? Hər gün yüzlərlə razılaşma bağlamalı olursan”, deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, belə qərarlar çox vaxt mürəkkəb və olduqca həssas xarakter daşıyır.
“Bəzən bilirsən ki, bunu heç etmək istəmirsən, amma məcbursan”, deyə Zelenski əlavə edib.
Prezident həmçinin bildirib ki, onun işi nəticə etibarilə ölkəyə və insanlara münasibətlə bağlıdır:
“Hər şey insanların ətrafında cərəyan edir. İnsanlar sənə yaşamaq üçün enerji verir. Elə insanlar da var ki, onlara nifrət edirsən və onlar bütün enerjini səndən alırlar".
Aydın
Şərhlər