Xəbər lenti

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü
Ölkə 12:26 25.03.2020

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək, bir aylıq əməkhaqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər. 

Təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də, paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əməkhaqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->