İrəvanda gecə saatlarında baş verən qətldə Parakar icmasının (İrəvan yaxınlığındakı bir neçə kəndi birləşdirən) rəhbəri, hakim Vətəndaş Sazişi Partiyasının üzvü Lüdviq Gülnazaryan əli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Qəzetin yazdığına görə, gecə saatlarında Gülnazaryan İrəvanın kənarında 42 yaşlı şəhər sakini Artur Manukyanla pul məsələsi ilə bağlı mübahisəyə qatılıb. Atışma nəticəsində Manukyan xəstəxanada ölüb.
Qəzetin yazdığına görə, Gülnazaryanın dostu qətldə şübhəli bilinərək axtarılır və özü də ayağından yaralanıb.
Qəzetin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi əlavə təfərrüat vermədən qətli təsdiqləyib. İstintaq Komitəsi cinayət işi açıldığını bildirib.
Aydın
Şərhlər