XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir (YENİLƏNİR)
Siyasət09:51 02.10.2026

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir (YENİLƏNİR)

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.

09.30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, qurultay Heydər Əliyev Mərkəzində baş tutacaq.

Belə ki, hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16 239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılıb.

Hesabat konfranslarının yekunlarına əsasən, rayon və şəhər təşkilatları tərəfindən VIII Qurultaya 960 nəfər nümayəndə seçilib.