XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünyanın ən populyar şəhər avtomobili açıqlandı (SİYAHI)
Dünya21:50 01.10.2026

Dünyanın ən populyar şəhər avtomobili açıqlandı (SİYAHI)

Şəhər avtomobilləri seqmentində 2026-cı ilin əvvəlindən etibarən geriləmə müşahidə olunur. Dünya üzrə satışlar 2,07 milyon ədəd təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 13,6 faiz azdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.

Azalma bu seqment üçün ən böyük bazar olan Asiyada satışların 21,7 faiz geriləməsi ilə əlaqədardır. Avropada isə əks tendensiya müşahidə olunub – burada satışlar 22,2 faiz artıb. Amerika qitəsi də 2026-cı ilin dinamikasına 17,2 faizlik artımla müsbət töhfə verib.

2026-cı ilin əvvəlindən model reytinqinə “Maruti Suzuki Wagon R” liderlik edir. Bu avtomobilin satışları 10,4 faiz artıb. Model 1999-cu ildən Hindistanın avtomobil istehsalçısı və “Suzuki”nin törəmə şirkəti olan “Maruti Suzuki” tərəfindən əsasən Hindistan və Asiyanın digər ölkələrinin bazarları üçün istehsal olunur.

İkinci pillədə satış dinamikası nisbətən sabit olan “Suzuki Spacia” qərarlaşıb. Bu modelin satışları 1,6 faiz azalıb.

Elektrikli avtomobillər arasında əvvəlki liderlər isə satışlarda ciddi geriləmə nümayiş etdirir. Ən nəzərəçarpan dəyişikliklər Çin istehsalı elektrik avtomobilləri seqmentində qeydə alınıb. “Wuling Hongguang Mini EV” modelinin satışları 60,1 faiz, “BYD Seagull” modelinin satışları isə 63,1 faiz azalıb.

Dünyanın ən populyar 10 şəhər avtomobili:

1. “Maruti Suzuki Wagon R” (+10,4 faiz)
2. “Suzuki Spacia” (-1,6 faiz)
3. “Wuling Hongguang Mini EV” (-60,1 faiz)
4. “Fiat Panda” (+4,0 faiz)
5. “Maruti Suzuki Alto” (+55,5 faiz)
6. “Suzuki Alto” (+13,5 faiz)
7. “BYD Seagull” (-63,1 faiz)
8. “Daihatsu Tanto” (-1,0 faiz)
9. “Daihatsu Move” (+6,4 faiz)
10. “Hyundai Grand i10” (+8,5 faiz)

Aydın