1 Oktyabr – Ahıllar Günü münasibətilə İsmayıllı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun ictimai həyatında fəal iştirak edən ağsaqqal və ağbirçəklərlə görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, görüş zamanı yaşlı nəslin nümayəndələrinin təcrübəsindən yararlanmağın, onların fikir və məsləhətlərini dinləməyin əhəmiyyəti vurğulanıb. Şəhid valideynlərinin müraciət və istəkləri diqqətlə dinlənilib.
Ağsaqqalların həyat təcrübəsi, müdrik məsləhətləri və mənəvi dəstəyi cəmiyyətimiz üçün hər zaman dəyərli olub. Onların fikirlərinə və tövsiyələrinə ehtiyac duymaq, təcrübələrindən faydalanmaq milli-mənəvi dəyərlərimizin yaşadılmasına və nəsillər arasında sağlam bağların qorunmasına mühüm töhfə verir.
Şərhlər