XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Ekonomiks15:44 01.10.2026

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.

Qaynarinfo FED.az-a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/m² təşkil edir.

İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir – burada maksimal qiymət 15 900 manat/m²-dir. İlk üçlüyü isə 9 200 manat/m² göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin Yaşıl Ada 1 ərazisi tamamlayır.

Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/m²-ə çatır.

AQC bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.

Məsələn, siyahıdakı ən yüksək 19 min manat/m² qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7,4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/m² göstərilir.

Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib: