XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp Vaşinqtonda ağcaqanadların sayının 90 faiz azaldılmasını tapşırdı
Dünya15:11 01.10.2026

Tramp Vaşinqtonda ağcaqanadların sayının 90 faiz azaldılmasını tapşırdı

ABŞ prezidenti Donald Tramp hökumət qurumlarına 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad və gənə populyasiyasının azaldılması istiqamətində nəzərəçarpacaq nəticələr əldə etməyi tapşırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

ABŞ prezidenti müvafiq icra sərəncamı imzalayıb. Sərəncama əsasən, aidiyyəti qurumlar 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanadların ümumi populyasiyasını ən azı 90 faiz, gənələrin populyasiyasını isə 50 faiz azaltmalıdır.

Bu tapşırığın icrası ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinə, ABŞ Ümumi Xidmətlər Administrasiyasına həvalə edilib. Qurumlar bu işləri ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti ilə məsləhətləşmələr apararaq həyata keçirəcəklər.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə, xüsusilə, “sterilizasiya üsulları, təhlükəsiz genetik modifikasiya və təhlükəsiz, lakin faydalı bakteriyalardan istifadəni” nəzərdə tutan normativ-hüquqi çərçivənin müəyyənləşdirilməsi tapşırılıb. Agentlik həmçinin gənə və ağcaqanadlarla mübarizə üçün “yeni üsulların və ya məhsulların qeydiyyatına” sürətlə keçməlidir.

Bundan əlavə, ABŞ Səhiyyə və İnsan Xidmətləri katibi Robert Kennediyə gənə və ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərin müalicəsi üçün yeni üsulların hazırlanmasına yönəlmiş müsabiqə təşkil etmək tapşırılıb. Müsabiqə onun Laym xəstəliyi ilə mübarizə təşəbbüsü çərçivəsində keçirilməlidir.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə biotexnologiya şirkətlərindən ağcaqanadların çoxalmasına nəzarətin müxtəlif üsullarının hazırlanmasına icazə verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Görünür, Agentliyin təsdiqini gözləyən müraciətlərin ən böyük hissəsi texnologiya nəhəngi “Google”un “Debug Project” təşəbbüsü ilə bağlıdır. Layihənin məqsədi ağcaqanadların erkəklərini “Wolbachia” adlı bakteriyanın köməyi ilə sterilizasiya etməkdir.

“Google” hələ də Vaşinqtonda populyasiyası üstünlük təşkil edən Asiya pələng ağcaqanadları (Aedes albopictus) üzərində bakteriyanın eksperimental sınağını keçirmək üçün icazə gözləyir.

Bundan əlavə, “Google” Misir ağcaqanadları (Aedes aegypti) üzərində də bakteriyanı sınaqdan keçirir. Bu ağcaqanadlar Zika, çikunqunya, denge və digər təhlükəli virusların əsas daşıyıcılarından biri kimi tanınır.

Aydın