XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Manatın məzənnəsi dəyişəcək?
Ekonomiks11:05 01.10.2026

Manatın məzənnəsi dəyişəcək?

"Bu dəfə ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək.

"Bunun üçün iqtisadi əsaslar da var. Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur, valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90 milyard dolları keçib və xarici borcdan təxminən 20 dəfə çoxdur. Yəni, hazırda manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir", deyə Eldəniz Əmirov bildirib.