XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Ölkə09:30 01.10.2026

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırmalar aparılır.

Onu da qeyd edək ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.