XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabah mütləq qalib gəlməliyik - Emin Mahmudov
İdman20:20 30.09.2026

Sabah mütləq qalib gəlməliyik - Emin Mahmudov

Azərbaycan millisinin kapitanı Emin Mahmudov sabah Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi Bakıda keçirilən mətbuat konfransında qarşılaşmada qələbə qazanmalarının olduqca vacib olduğunu bildirib:

“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirib qələbə qazanmalıyıq. Bu, çox önəmlidir".

Mahmudov Lixtenşteyn millisinin zəif hesab olunmasının komandada təzyiq yaradıb-yaratmadığı ilə bağlı sualı belə cavablandırıb:

"Komandada gərginlik yoxdur, amma hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əvvəlki rəqiblərə nəzər salsaq, bəzən bizdən qələbədən daha çox, yaxşı oyun gözlənilirdi. İndi isə yaxşı oyun kifayət deyil, sona qədər mübarizə aparmalı və mütləq qələbə qazanmalıyıq".

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.