Xəbər lenti

Samuxda minik maşını aşıb, xəsarət alanlar var
Ölkə20:05 17.11.2026

Samuxda minik maşını aşıb, xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən bildirir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.