Xəbər lenti

Aktrisa Leyla Musayeva vəfat etdi
Ölkə16:58 17.11.2026

Aktrisa Leyla Musayeva vəfat etdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə teatrdan bildirilib.

Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.

2025-ci ilin sentyabr ayından etibarən ƏSA Teatrının kollektivinə qoşulan Leyla Musayeva burada “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.

“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə ƏSA Teatrının bütün kollektivi adından mərhumun ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!