XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cim Kerri özündən 30 yaş kiçik sevgilisi ilə evləndi
Maqazin11:58 01.10.2026

Cim Kerri özündən 30 yaş kiçik sevgilisi ilə evləndi

Məşhur amerikalı aktyor Cim Kerri uzun illərdir münasibətdə olduğu Min Ah ilə ailə qurub.

Qaynarinfo xəbər verir ki, bu barədə aktyorun nümayəndəsi “People” jurnalına məlumat verib.

64 yaşlı aktyor və 34 yaşlı Min Ahın münasibətləri uzun müddətdir davam etsə də, cütlük ilk dəfə 2026-cı ilin fevralında Fransanın “Sezar” mükafatlandırma mərasimində birlikdə ictimaiyyət qarşısına çıxıb.

Həmin tədbirdə ömürboyu fəxri mükafat alan Cim Kerri çıxışını fransız dilində edib. Aktyor çıxışı zamanı ailəsinə, qızı Ceynə, nəvəsi Ceksona və sevgilisi Min Aha təşəkkür edib.

Kerri Min Aha “möhtəşəm həyat yoldaşım” mənasını verən ifadə ilə müraciət edərək onu “sublime companion” – “ecazkar həyat yoldaşı” kimi təqdim edib.

Cütlüyün münasibətlərinin isə daha əvvəl başladığı məlumdur. Onların 2022-ci ildə Los-Ancelesdə komediya şousundan birlikdə çıxarkən çəkilmiş fotoları yayılmışdı.

Şəxsi həyatını mediadan uzaq tutmağa çalışan Cim Kerri 2022-ci ildə verdiyi müsahibədə sakit həyatdan zövq aldığını və ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirmişdi.

Aktyor bundan əvvəl Melissa Vomer və “Dumb and Dumber” filmində tərəf müqabili olan Loren Holli ilə evli olub. Kerri Vomer ilə 1987-1995-ci, Holli ilə isə 1996-1997-ci illərdə nikahda olub. Onun Melissa Vomerdən Ceyn adlı qızı var.

Cim Kerrinin son məlum münasibətlərindən biri isə “Kidding” serialındakı tərəf müqabili Ginger Qonzaqa ilə olub. Cütlük 2019-cu ildə münasibətlərini ictimaiyyətə nümayiş etdirib, həmin ilin sonunda isə ayrılıb.

Aydın