XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı (FOTO)
Ölkə22:17 01.10.2026

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı (FOTO)

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 1-də həyata keçirilən işıqlandırma tədbiri Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə təşkil olunub.

Heydər Əliyev Mərkəzində və Bakı Olimpiya Stadionunda Çin dövlət bayrağının rənglərinin əks olunması Azərbaycanla Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin rəmzi ifadəsidir.

Qeyd edək ki, Azərbaycanla Çin arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir.