XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
Ölkə20:11 01.10.2026

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var.

Qaynarinfonun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobillə digər minik maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər - Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü Vəlizadə Zeynəb Vəli qızı, 2011-ci il təvəllüdlü Ağamalıyev Adəm Rafiq oğlu və Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndərov Pərviz Ramiz oğlu yaralanıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.