XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Şəhər İncisi" yaşayış kompleksini işıqsız qoyan şəxs həbs edildi
Ölkə18:38 01.10.2026

"Şəhər İncisi" yaşayış kompleksini işıqsız qoyan şəxs həbs edildi

230 manat dəyərində elektrik kabeli oğurlamaqda təqsirləndirilən şəxsə cəza verilib.

Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Bakı şəhərində anadan olan B.V. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib.

İş materiallarına görə, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsində yerləşən “Şəhər İncisi” yaşayış kompleksinin ərazisində baş verib.

B.V. yaşayış kompleksinin damına daxil olaraq oradakı elektrik kabellərini kəsib və götürüb. Daha sonra həmin kabelləri tanımadığı dəmir yığan şəxsə 40 manata satıb. O, məhkəmədə əməlini etiraf edib və peşman olduğunu bildirib.

Məhkəmə araşdırması zamanı B.V.-nin əməli öz etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər sübutlarla təsdiqini tapıb.

Məhkəmə B.V.-nin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb.

Hadisə nəticəsində binada elektrik enerjisinin verilməsində problem yaranıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə B.V. 1 ay müddətinə inzibati həbs edilib.

Aydın