XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Abdurrəhman Rüstəmov: "Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"
İdman20:27 01.10.2026

Abdurrəhman Rüstəmov: "Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"

Azərbaycan idmançıları Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda daha yaxşı nətiəcələr qazanmaq istəyirlər.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan üzgüçüsü Abdurrəhman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O, Bakı Su İdman Sarayında keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Çox həyəcanlıyıq, ilk dəfədir ki, Azərbaycanda üzgüçülük üzrə Dünya Kuboku keçirilir. Sevindirici haldır ki, bu gün Bakı Su İdman Sarayına çoxsaylı insanlar toplaşıb. Nəticəmizi yaxşı hesab edirəm. İnşallah, bundan da yaxşı nəticələrə imza atmaq və Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq istəyirik. Sabah 100 metr məsafəyə sərbəst üsulla üzəcəyəm. İnanıram ki, orada da ən azı finala yüksəlməyi bacaracam".

Qeyd edək ki, Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda finala yüksəlməyi bacarıb. O, həlledici yarışda (53.51) 8-ci yeri tutub.