Türkiyənin müdafiə sənayesində hazırlanmış milli elektron müharibə sistemi ölkənin insanlı və pilotsuz döyüş təyyarələrinə mühüm müdafiə imkanları qazandırır.
Qaynarinfo TRT Haber-ə istinadən xəbər verir ki, türk mühəndisləri tərəfindən hazırlanan “Elektron Müharibə Özünümüdafiə Sistemi” daha çox elektron müharibə dəsti kimi tanınır. Sistem “ÖZGÜR” F-16 və “KIZILELMA” kimi platformaların düşmən radarları və raket təhdidlərini aşkarlayaraq onlara qarşı elektron mühitdə müdafiə tədbirləri görməsinə imkan verir.
Elektron müharibə dəsti təyyarəyə yönələn təhlükəni aşkarlayır, müəyyənləşdirir, qiymətləndirir və uyğun əks tədbir tətbiq edir. Beləliklə, təyyarənin radarı yalnız ətrafdakı hədəfləri aşkar etməklə kifayətlənmir, elektron müharibə sistemi isə platformanın hansı radar tərəfindən izlənildiyini və raket təhlükəsinin olub-olmadığını müəyyənləşdirməyə kömək edir.

ASELSAN-ın hesabatlarında sistem üzrə müqavilənin imzalandığı və komponentlərin funksional kvalifikasiyasının tamamlandığı bildirilib. Sistemin döyüş təyyarələrinə inteqrasiya edildiyi, həmçinin Baykarın “KIZILELMA” pilotsuz döyüş təyyarəsinə elektron müharibə dəstinin quraşdırıldığı qeyd olunur. Lakin neçə təyyarə və “KIZILELMA”nın bu sistemdən aktiv istifadə etdiyi açıqlanmayıb.
Məqalədə vurğulanır ki, elektron müharibə yalnız düşmənin radarını “qarışdırmaq” demək deyil. Qarşı tərəfin radar və rabitə sistemlərinin necə işlədiyini müəyyənləşdirmək elektron dəstək, düşmənin elektron sistemlərini çaşdırmaq və ya sıradan çıxarmaq elektron hücum, özünü elektron və raket təhdidlərindən qorumaq isə elektron özünümüdafiə sistemlərinin funksiyasına daxildir.

Türkiyənin müdafiə sənayesində aparılan işlərin yalnız daha güclü radar, raket və mühərriklərin hazırlanması ilə məhdudlaşmadığı bildirilir. Milli elektron sistemlər vasitəsilə hava platformalarına yönələn təhdidlərin aşkarlanması və onlardan qorunmaq üçün də texnologiyalar inkişaf etdirilir.
Günay
Şərhlər