Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Ruhiyyə Fizuli qızı Rəfiyeva özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.
Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Şərhlər