XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kəmalə Ağazadə: "Çox pis şeylər təbliğ olunur"
Ölkə19:00 02.10.2026

Kəmalə Ağazadə: "Çox pis şeylər təbliğ olunur"

"Bu, bir ailə modelidir. Beynəlxalq Qeyri-Zorakılıq Günündə belə bir ailə modelini açıq şəkildə ortaya qoydular".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Qadınlar Birliyinin sədri Kəmalə Ağazadə rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşına qarşı avtomobildə zorakılıq etməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı videogörüntüyə münasibət bildirərkən deyib.

Sədr onların davranışında problemlərin olduğunu xatırladıb:

"Zorakılıq edib. Qadının da ifadə zorakılığı olub, nəticədə emosiyalara qapılıb. Bu, artıq onun davranışından xəbər verib. Hərənin əlində bir telefon var, ondan istifadə edərək zorakı modeli ortaya qoyur. Nəticədə çox pis şeylər təbliğ olunur".

Kəmalə Ağazadə hesab edir ki, rəqqasla bağlı məlumatlar onun sosial səhifəsinə izləyici sayını artıracaq:

"Nicat Azadlını saxlayıblar, inzibati cəza verilə bilər, onu da çəkəcək".

Qeyd edək ki, sosial şəbəkədə tanınmış rəqqas Nicat Azadlının avtomobildə keçmiş həyat yoldaşına qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı video yayılıb. Qadın onun bu hərəkətinə görə keçmiş ərindən şikayət edib. Nəticədə Nicat Azadlı bu gün saxlanılıb.

Nicat Azadlının keçmiş həyat yoldaşı Şəms sosial şəbəkələrdə bir-birinin ardınca yeni görüntülər yayımlayıb və onunla evli olduqları müddətdə Nicatın ona xəyanət etdiyini iddia edib.

Bahar Rüstəmli