XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müdafiə naziri: "Avropa mümkün müharibələrə və hibrid hücumlara hazır deyil"
Dünya17:47 02.10.2026

Müdafiə naziri: "Avropa mümkün müharibələrə və hibrid hücumlara hazır deyil"

Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, Avropa uzun müddət “yumşaq gücə” üstünlük verdiyinə görə mümkün müharibələrə və hibrid təhdidlərə hazır deyil.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, qitə sosial təminat, pensiyalar və digər sosial sistemlərə investisiya yatırsa da, hərbi sənayeyə və müdafiə imkanlarına lazımi diqqət yetirməyib.

“Kiminsə səhhətində problem yarananda, kimsə işini itirəndə bizim hər şeyimiz var. Lakin münaqişə başlayanda və ya hibrid təhdid yarananda heç nəyimiz yoxdur”, deyə Teo Franken “Euronews”a müsahibəsində bildirib.

O etiraf edib ki, müdafiə xərclərinə görə Belçika uzun müddət NATO-da “sinfin ən zəif şagirdi” olub və yalnız 2025-ci ildə ÜDM-in 2 faizi həcmində nəzərdə tutulan göstəriciyə çatıb.

Müdafiə naziri əlavə edib ki, 18 ay ərzində əvvəlki 40 ildə buraxılmış səhvləri düzəltmək mümkün deyil. Bununla belə, Brüssel büdcə məhdudiyyətləri səbəbindən 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsində saxlamağı planlaşdırır.

Aydın