Qonşusunun tövləsindən üç quzu oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, hadisə Goranboy rayonunun Xoylu kəndində baş verib.
Məhkəmənin hökmü ilə 2002-ci il təvəllüdlü Maqsud Əliyev üç quzu oğurlamaqda təqsirli bilinib.
İttihama görə, Maqsud Əliyev gecə saatlarında qonşusunun həyətindəki tövləyə qanunsuz daxil olaraq 6 aylıq üç quzu oğurlayıb. Quzuların ümumi dəyəri 780 manat olub.
Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib. O, dəymiş ziyanı tam ödəyib və zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmayıb.
Maqsud Əliyev Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Tutulduğu 4 gün cəzadan çıxılıb və onun üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Hökmə əsasən, Maqsud Əliyev saat 22:00-dan 07:00-dək Xoylu kəndindəki yaşayış yerini tərk edə bilməz və üzərində elektron nəzarət vasitəsi gəzdirəcək.
Aydın
Şərhlər