Ölkə 15:13 07.02.2019

Bakı-Sumqayıt elektrik qatarı bir gün işləməyəcək

Fevralın 10-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət bir günlük dayandırılacaq.

Bu barədə Qaynarinfo-ya "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, buna səbəb Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılacaq təmir-bərpa işləridir.