Ölkə 16:40 17.08.2019

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb.

15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.

Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.