Ölkə 10:53 19.12.2017

Gecə klubunda baş vermiş güclü yanğın söndürüldü (YENİLƏNİB)

Bakı-Sumqayıt yolunda səhər saatlarında kafedə başlayan yanğın söndürülüb.
 
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. 

09:20 
Bakı-Sumqayıt yolunda kafedə yanğın başlayıb.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki "Pəhləvanlar" kafesində baş verib.

Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.