Ölkə 17:38 25.07.2018

Bakı və Abşeronu toz dumanı bürüdü (SƏBƏB)

Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd edilir ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.