Bakıda ağacları kəsən MTK nümayəndəsi cərimələndi (FOTO)

Bakıda ağacları kəsən MTK nümayəndəsi cərimələndi (FOTO)

Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və "Qaya İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı məlum olub.

"Araşdırma zamanı tikinti altına düşən zeytun və tut ağacının ekspertiza rəyi olmadan çıxarılaraq yaxınlıqdakı yaşıllıq sahədə əkildiyi müəyyən edilib. Faktla bağlı MTK-nın məsul şəxsi Rəşad Abbasov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib. Tikinti aparılan ərazinin ətrafındakı ağacların qorunub saxlanması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.
 

X
XƏBƏRLƏR
BLOGLAR