Ölkə 21:47 19.09.2021

Bakıda avtomobil beton dirəyə çırpıldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində 1977-ci il təvəllüdlü sürücü Amonov Anar Akif oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.