Ölkə 23:10 13.10.2017

Bakıda avtomobillərin hərəkəti iflic oldu (VİDEO)

Axşam saatlarında Bakının mərkəzi küçələrində sıxlıq yaranıb.

Oxu.Az-ın xəbərinə görə, hazırda Bakının Heydər Əliyev (şəhər mərkəzi istiqamətində), Həsənoğlu, Gülarə Qədirbəyova küçələrində, həmçinin Dövlət Bayraq Meydanı tərəfdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sürücülər bildirirlər ki, saat 18:00-dan yolda qalıblar.

Digər küçələrdə sıxlıq olsa da, hərəkət dayanmayıb.

Qaynarinfo.Az