Ölkə 21:00 24.01.2020

Bakıda bank əməkdaşı iş yerində öldü

Bakıda bankda ölüm hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki,  hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb.

Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib.

Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır.