Bakıda binalara yeni liftlər quraşdırılır: qiyməti nə qədərdir?

Bakıda binalara yeni liftlər quraşdırılır: qiyməti nə qədərdir?

Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılıb.

Qaynarinfo-nun xəbərinə görə, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxıl olan "Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülüb, bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə danışıqlar aparılıb və artıq müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb.

Yeni liftin təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının Wittur Holding GMBH qlobal şisteminin satış rəhbəri Tomas Rottc, Wittur Holding GMBH qlobal şisteminin İdarə heyətinin rəhbəri Ahmet Kambolat, Bakı Şəhər "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov iştirak ediblər.

Bildirilib ki. paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb, artıq liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.

Alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə əvvəllər alınan liftlərə nisbətən daha üstün olmaqla yanaşı qiymət baxımından daha ucuzdur. Bir liftin qiyməti 12 800 dollardır. İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır. 

Nəzərdə tutulub ki, ilkin mərhələdə pilot layihəsi kimi Nizami rayonundakı çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək, daha sonra isə digər rayonlarda da bu işlər aparılacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR