Bakıda bu yollarda sıxlıq var (SİYAHI)

Bakıda bu yollarda sıxlıq var (SİYAHI)

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Qaynarinfo-ya verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində - şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində - Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində - "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Həmçinin, Yusif Səfərov küçəsində - Cavanşir körpüsü istiqamətində, Babək prospektində - Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində - orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.
XƏBƏRLƏR
BLOGLAR
X