Xəbər lenti

Ölkə 11:19 20.02.2020

Bakıda “Ədalət” parkı zibilxanaya çevrildi (FOTO)

Bakıda "Ədalət” parkı zibilliyə qərq olub.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkədə sözügedən parkın zibilliyə qərq olmasını əks etdirən foto paylaşılıb. Foto Bakıda Binə qəsəbəsindəki "Ədalət” parkının qarşısında çəkilib. Şəkildən görünür ki, Binə qəsəbəsinin sakinlərinin zibilləri düz parkın qarşısına tökülüb.

Bu, qəsəbə sakinlərinin narazılığına səbəb olub.

Məsələ ilə əlaqədar Binə qəsəbə nümayəndəliyi ilə əlaqə saxladıq. Qəsəbə nümayəndəsinin müavini Əlisoy Ərəstun Qaynarinfo-ya açıqlamasında zibili yığmaq üçün adam göndərəcəyini bildirib:

"Bu dəqiqə ora adam göndərəcəyəm. Bizim əməkdaşlarımız oradadır. Ola bilsin, gecə maşınla gətirib töküblər”.


Bahar Rüstəmli

Foto Fərahim İlqaroğluna aiddir 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?