Xəbər lenti

Bakıda "erməni" dilində danışanların kimliyi məlum oldu (VİDEO)
Ölkə16:27 06.12.2019

Bakıda "erməni" dilində danışanların kimliyi məlum oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.
Qaynarinfo xəbər verir ki, "Ermənilər Bakıda" başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.
Araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onların həmin vaxt toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər.
<iframe width="562" height="313" src="https://www.youtube.com/embed/H0BxK5OaBLI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">