Ölkə 10:36 27.07.2018

Bakıda evdən skeletləşmiş qadın meyiti tapıldı

Bakı şəhərində mənzildən meyit tapılıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib. Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.