Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakı şəhərində daş karxanalarının birində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Qaradağ rayonunda yerləşən daş karxanasında baş verib.

Karxanada fəhləlik edən Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR