Xətai rayonunda təmirə dayanmış gəmidə yanğın baş veribQaynar.infonun FHN-nin saytına istinadən xəbər verir ki, bərə gəmisinin yaşayış sahəsində hər birinin sahəsi 12 kv. m olan iki ədəd kayuta və sahəsi 40 kv. m olan dəhlizin plastik və şüşə pambıq üzlüyü, elektrik kabelləri yanıb.
Gəminin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info
Şərhlər