Polşanın cənubundakı Aşağı Sileziya voyevodalığının (əyaləti) rəhbəri Maçey Azivien böhran qərargahının iclasında bildirib ki, ilkin hesablamalara görə, regionda daşqın ümumilikdə 3,65 milyard zloti (955 milyon dollar) ziyan vurub.
Qaynarinfo xəbər verir ki, elan edilmiş məbləğ iki şəhərə və 25 povetə (Polşanın orta inzibati ərazi vahidi, voevodluğun bir hissəsi) aiddir.
Polşanın infrastruktur naziri Dariuş Klimçak mətbuat konfransı zamanı qeyd edib ki, Aşağı Sileziyada yollara dəyən ziyan 155 milyon zloti (40,5 milyon dollar), dəmir yolu infrastrukturuna dəymiş ziyan 200 milyon zlotidən (52,2 milyon dollardan çox) çox olub.
"Ən böyük ziyan su infrastrukturuna - müxtəlif tipli su anbarlarına, bəndlərə, istənilən növ hidrotexniki qurğulara dəyib. Əgər biz Polşanın su infrastrukturunu idarə edən "Vodi Polskie" şirkətinin itkilərindən danışsaq, onda biz onları milyardlarla zloti ilə hesablayacağıq", deyə Klimçak bildirib.
Polşanın cənubundakı Sileziya, Aşağı Sileziya və Opole voyevodalıqlarında daşqınlar güclü yağışlardan sonra Nisa çayının bəndi aşması səbəbindən baş verib. Daşqın 1997-ci ildən bəri ən pis hesab olunur. TVP kanalı polis məlumatlarına istinadən sentyabrın 17-də daşqın nəticəsində 6 nəfərin öldüyünü bildirib.
Aydın
Şərhlər