Ölkə 10:49 07.12.2023

Azərbaycanda güclü zəlzələ olub, zəif afterşoklar davam edir (YENİLƏNİB)

Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 70-km-dir.
 
09:47

Hazırda zəif afterşoklar gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
 
08:23

Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirib ki, zəlzələ paytaxt Bakıda da hiss olunub.

Məlumata görə, maqnitudası 5 olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.