Xəbər lenti

Bakıda hamilə qadın intihara cəhd etdi
Ölkə 12:10 17.06.2013

Bakıda hamilə qadın intihara cəhd etdi

Ötən gün axşam saatlarında Bakının Yasamal rayonu ərazisində 22 yaşlı hamilə qadın özünü öldürmək istəyib.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, dünən saat 19:00 radələrində Yasamal parkında 1991-ci il təvəllüdlü Vəfa Mustafayeva çoxlu dərman qəbul edib. Onu huşsuz halda Respublika Toksikologiya Mərkəzinə yerləşdiriblər.

İlkin məlumatlara görə, qadın özünü ailədaxili mübahisə zəminində öldürmək istəyib. Qadının valideynləri xəstəxanaya gəliblər. Onlar həkimlərə bildiriblər ki. V.Mustafayeva 1 il bundan əvvəl sevdiyi oğlanla, onların razılığı olmadan qaçıb. Bu səbəbdən də onların bu adda qızları yoxdur. Daha sonra valideynlər xəstəxananı tərk edib.

Xəstəni müayinə edən həkim Sevda Quliyevanın verdiyi məlumata görə, hazırda qadının vəziyyəti nisbətən yaxşıdır. “Qadın 8 aylıq hamilədir. Dünən vəziyyəti çox pis idi. 30 psixitrop həb qəbul edibmiş. Bu gün təkrar müayinə edəcəyik. Bətnindəki uşağın isə hələlik fəaliyyəti var. Lakin analizlərin cavabı bundan sonra məlum olacaq” , - deyə Sevda Quliyeva bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->