Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində dalandar işləyən şəxsə hökm oxunub. O, Bakıda icazəsiz torpaq sahəsi zəbt etməkdə ittiham edilib.
Qaynarinfo-nun məlumatına görə, 1959-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli M.H. barəsində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
Məlum olub ki, M.H. vəzifəsindən sui-istifadə edərək Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39N X409263; y4482683 saylı koordinatlarda yerləşən yaşayış məntəqəsi təyinatlı, dövlət mülkiyyətində olan 0,024 ha torpaq sahəsini mişar daşı ilə hasarlayaraq zəbt edib. Həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə məxsus olub.
O, məhkəmədə özünü təqsirli deyib ki, Zabratda ailəsi ilə birlikdə yaşayır. Bildirib ki, həm 5 uşağı, həm də əkiz uşaqları olduğu üçün imtiyazlı ailə sayılır. Buna görə ev almaq növbəsinə durub. Lakin bir nəticə olmadığını gördüyü üçün təxminən bir il bundan əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən boş torpaq sahəsini 3000 manat xərc çəkəkərə hasarlatdırıb.
Sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün tikintini davam etdirə bilməyib və yarımçıq qalıb. Məqsədi ailəsi üçün ev tikmək olub.
M.H. ev növbəsinə dayanmasına baxmayaraq, uzun müddətdir ev verilmədiyindən belə bir addım atdığını deyib və əməlindən peşman olduğunu bildirib. O, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edib.
Məhkəminin hökmü ilə M.H.-ya 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzal çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər