Xəbər lenti

Bakıda idman zalında yanğın
Ölkə 22:37 06.03.2021

Bakıda idman zalında yanğın

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 500 kvadrat metr olan idman zalının ərazisində buxar otağının yanar konstruksiyaları 12 kvadrat metr sahədə yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Digər otaqlar və idman zalı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->